Sumqayıtda şirkətin baş energetiki iş yerində ÖLDÜ 

Sumqayıtda şirkətin baş energetiki iş yerində ÖLDÜ 

Hazırda oxunan: Sumqayıtda şirkətin baş energetiki iş yerində ÖLDÜ 

124266

Sumqayıtda şirkətdə bədbəxt hadisə baş verib.

Baş prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, martın 6-da saat 16 radələrində “Azərit” ASC-nin baş energetiki Elxan Misirxanovun iş yerində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Elxan Misirxanovun cəmiyyətə məxsus zavodun elektrik blokunda sayğacı dəyişən zaman elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO