
- A-
- A
- A+
FHN-dən futbol klubunu daşıyan avtobusun qəzaya düşməsi barədə AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyi (FHN) “Mingəçevir” futbol klubunu daşıyan avtobusun qəzaya uğraması barədə məlumat yayıb.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
“Mingəçevir” futbol klubunun avtobusu yük maşını ilə toqquşub - Yaralılar var/YENİLƏNİB
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı sərnişin avtobusu və "Mack" markalı yük avtomobili toqquşub, 1 nəfər sərnişin müxətlif xəsarətlərlə avtobusda sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sərnişin nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































