Gəncədə supermarketdən oğurluq edən şəxs tutuldu - FOTO

Gəncədə supermarketdən oğurluq edən şəxs tutuldu - FOTO

Hazırda oxunan: Gəncədə supermarketdən oğurluq edən şəxs tutuldu - FOTO

124027

Gəncədə MEQA STORE super marketinin gözətçisinə küt alətlə xəsarət yetirərək seyfi oğurlayan şəxs saxlanılıb. 

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bİzim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Nicat Abdullayev tutularaq istintaqa təhvil verilib. 

“N.Abdullayev mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib, onun əl və ayaqlarını yapışqan lentlə bağlayaraq mağazadan içində 157 151 manat, 6 040 dollar və 18 100 rubl olan seyfi aparıb.
Polis əməkdaşları tərəfindən seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb. Araşdırmalar davam edir” deyə E.Qasımov əlavə edib. 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO