Vasif Talıbovun göstərişi ilə hazırlanan kitab dövlət mükafatına təqdim olunub

Vasif Talıbovun göstərişi ilə hazırlanan kitab dövlət mükafatına təqdim olunub

Hazırda oxunan: Vasif Talıbovun göstərişi ilə hazırlanan kitab dövlət mükafatına təqdim olunub

123148
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 6 avqust 2012-ci il tarixli sərəncamı ilə AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetində çalışan müəlliflər kollektivi 3 cilddən ibarət “Naxçıvan tarixi”x9d kitabını hazırlayıb. Nəşr Naxçıvanın qədim tarixini, ayrı-ayrı mərhələlərdəki inkişaf səviyyəsini, görkəmli siyasi və ədəbi şəxsiyyətləri, müstəqillik uğrunda mübarizəsini və müasir inkişafını əks etdirən sanballı monoqrafik tədqiqatdır. Kitabda, həmçinin Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi dövlət müstəqilliyinin təmin edilməsi, möhkəmləndirilməsi yollarındakı xidmətləri geniş şəkildə öz əksini tapır. Azərbaycançılıq, vətənpərvərlik, milli dövlətçilik düşüncəsinin daha da dərinləşdirilməsi baxımından da ”x9dNaxçıvan tarixi”x9d çoxcildliyi mühüm əhəmiyyət kəsb edir.

Moderator.az xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyətinin iclasında “Naxçıvan tarixi”x9d 3 cildlik kitabının müəlliflər kollektivinin 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunması ilə əlaqədar qərar qəbul edilib. AMEA Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinə tapşırılıb ki, nəşrin AR Dövlət mükafatına təqdim edilməsi üçün zəruri sənədləşdirmə məsələlərini həll etsin.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO