“Şəhid oğlu olmaq adama kimisə öldürmək haqqı vermir”x9d

“Şəhid oğlu olmaq adama kimisə öldürmək haqqı vermir”x9d

Hazırda oxunan: “Şəhid oğlu olmaq adama kimisə öldürmək haqqı vermir”x9d

122546
“Bu adama elə gəlir ki, şəhid oğlu olmaq adama kimisə öldürmək haqqı verir. Ya da kiminsə atası hansısa rayonda hakim olubsa, onun oğlu nə istəsə onu edə bilər”x9d.xa0

Bunu Moderator.az-a açıqlamasında “Xural”x9d qəzetinin baş redaktoru Əvəz Zeynallı Qarabağ qazisi Vaqif Əlisoyun müraciətinə münasibət bildirərkən deyib.

Əvəz Zeynallı daha sonra qeyd edib ki, Vaqif Əlisoy dönə-dönə bu məsələyə qayıdır: “Bu doğru deyil. Adəm Məmmədovla danışmışıq, onun mövqeyini də dərc etmişik. Heç kimə də qərəzli deyilik və belə müdaxilələrə də ehtiyac yoxdur. Bu, artıq neçənci dəfədir. Xahiş edirəm, təkrarı olmasın”x9d.

Qeyd edək ki, Qarabağ qazisi Vaqif Əlisoy jurnalist Rasim Əliyevin qətli ilə bağlı hazırda həbsdə olan futbolçu Cavid Hüseynovla bağlı baş redaktora aşağıdakı müraciəti ünvanlamışdı:

"Müstəqillik üğrunda mübarizə aparan (1918-1991) bir nəslin nümayəndəsi, atası 1988-ci ildən əlində silah tutub, sonda da bu dövlət uğrunda şəhid olan, bütün dünyanın gözü qarşısında Türkə düşmən olanlara dirsək göstərən, Türkün və Azərbaycanın bayrağını bərabər başı üstə qaldıran bir oğul qətl sifarişçisi və ya qatil ola bilərmi? Cavid Hüseynovun vəkili Adəm bəy haqqında yazdıqlarınıza da toxunmaq istəyirəm. Bəy, o yazdığınızı Əvəz Zeynallı adına yaraşdırmadım. Adəm çox az sayda vəzıfəli adamın oğullarındandır ki, atası Məhərrəm Zərdabın məhkəmə sədri olmağına baxmayaraq Cəbrayılda şəhid oldu. Belə bir oğul haqqında yazdıqlarınızı da qəbul edə bilmərəm. Bunları şəxsən özünüzə də çatdıra bilərdim. Ancaq düşündüm ki, qoy hamı oxusun və görsün”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO