Qəbələdə avtomobillər toqquşdu, iki nəfər xəsarət aldı - FOTO 

Qəbələdə avtomobillər toqquşdu, iki nəfər xəsarət aldı - FOTO 

Hazırda oxunan: Qəbələdə avtomobillər toqquşdu, iki nəfər xəsarət aldı - FOTO 
122418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağır yol-nəqliyyat hadisəsi Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Mercedes" və "Opel" markalı avtomobillər ötmə qaydalarını pozub və qəza baş verib.  

Qəzadan sonra "Opel"də olan iki nəfər, Göyçay rayon sakinləri Elşən və Elgün Səmədovlar müxtəlif dərəcəli bədən xəsarət alaraq Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata əsasən, hər iki zərərçəkənə ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır olaraq qalır.  

Faktla bağlı Qəbələ rayon polis şöbəsində araşdırma başlanılıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO