Qubada qızların təhsil almasının vacibliyi müzakirə OLUNDU - FOTO 

Qubada qızların təhsil almasının vacibliyi müzakirə OLUNDU - FOTO 

Hazırda oxunan: Qubada qızların təhsil almasının vacibliyi müzakirə OLUNDU - FOTO 

121958

Qubada "Qızların təhsil almasının önəmi:dini qaynaqlar nə deyir?"mövzusunda tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir rayon icra hakimiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba rayon şöbəsi və İkinci Nügədi kəndinin "Molla Nud" məscidinin dini icmasının təşkilatçılığı ilə baş tutub.

Çıxışlarda məktəb yaşlı qızların təhsildən geri qalmasından və buna mane olan səbəblərdən danışılıb. 

Quba İH-nin məsul əməkdaşı Anar Məmmədovun məlumatına görə, yerli din nümayəndələrinin, qadın dindarların, sakinlərin qatıldığı yığıncaqdakı çıxışlarda qızların təhsil almasının önəmi, dini qaynaqların qızların təhsilinə göstərdiyi təsir və münasibətdən söz açılıb. Bildirilib ki,qızların təhsil alması gələcəkdə ailənin, o cümlədən cəmiyyətin sağlam təməllər  üzərində qurulmasının təminatıdır.

Bildirilib ki, bu vacib məsələdə ailənin, cəmiyyətin və dövlət qurumlarının birgə tədbirlər görməsi vacibdir həmçinin qızların təhsildən yayınmasının qarşısı vaxtında alınmalıdır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO