“Xilasedicilərimiz Hatayda 26 nəfərin meyitini dağıntılar altından çıxarıblar” - General 

“Xilasedicilərimiz Hatayda 26 nəfərin meyitini dağıntılar altından çıxarıblar” - General 

Hazırda oxunan: “Xilasedicilərimiz Hatayda 26 nəfərin meyitini dağıntılar altından çıxarıblar” - General 

121689

“Azərbaycanın xilasediciləri Türkiyənin Hatay şəhərində 26 nəfərin meyitini dağıntılar altından çıxarıblar”.

Bizim.Media xəbər verir ki, bunu "report.az"a açıqlamasında Türkiyənin zəlzələ bölgəsində olan Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

“Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları indiyədək Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından 53 canlı, 752 nəfərin meyitini çıxarıblar. Bu gün isə mənə məruzə edildi ki, Hatay bölgəsində xilasedicilərimiz 26 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir”, - nazir müavini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO