“Heydər Əliyev İli” ilə bağlı prokurorluqda “Açıq qapı günü” - FOTO 

“Heydər Əliyev İli” ilə bağlı prokurorluqda “Açıq qapı günü” - FOTO 

Hazırda oxunan: “Heydər Əliyev İli” ilə bağlı prokurorluqda “Açıq qapı günü” - FOTO 

121609

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə olan marağı nəzərə alınaraq fevralın 20-də prokurorluq orqanlarında növbəti “Açıq qapı” Günü keçirilib. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Yasamal Rayon Prokurorluğunun inzibati binasında baş tutmuş tədbirdə məqsəd Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi irsi barədə gənc hüquqşünasları məlumatlandırmaq, eyni zamanda onları prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı tanış etmək olub. 

Tədbirdə Bakı Dövlət və “ADA” universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Komitəsi akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələri iştirak edib. 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev, vətən uğrunda canından keçən şəhidlər və qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra Yasamal rayon prokuroru Elman Süleymanov, rayon prokurorunun müavini Rəşadət Orucov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov və rayon prokurorluğunun əməkdaşları “Heydər Əliyev məfkurəsi və müasir dövlət quruculuğu”, “Prokurorluq orqanlarında həyata keçirilən islahatlar”, “İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına prokuror nəzarəti”, “Prokurorluq orqanlarında istintaq” və digər mövzularda çıxış ediblər. 

Çıxışlardan sonra prokurorluq orqanları tərəfindən 2022-ci il ərzində görülmüş işlərlə bağlı videoçarx və “Valideynimin peşəsi” adlı qısa metrajlı film izləndikdən sonra gənc hüquqşünaslarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb. 

Tələbələr rayon prokurorluğunun inzibati binası, istifadədə olan kriminalistik texnika, habelə yaradılmış iş şəraiti ilə əyani olaraq tanış olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO