
- A-
- A
- A+
Qəbələdə kolluq ərazi YANIB - FOTO
Bu gün axşama doğru Qəbələnin Kiçik Pirəli və Mirzəbəyli kəndləri arasında olan sahədə yanğın qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu FHN-nın Qəbələ yanğından mühafizə hissəsinə istinadən bildirir ki, havanın küləkli olması yanğın ərazisini genişləndirib.
Lakin qabaqlayıcı tədbirlər görüləndən sonra yanğın nəzarətə götürülüb və ümumlikdə bir hektar sahəni əhatə edib.
Küləkli hava rayonun Tola və Soltannuxa kəndlərinin ərazilərində də yanğınlara səbəb olub. Belə ki, kol-kosluq ərazilərdə 3 hektar ərazi yanıb.
Qəbələ yanğından mühafizə hissəsinin əməkdaşları hazırda da yerli bələdiyyə işçiləri ilə ərazidədir və yanğın ocaqlarının tam söndürülməsi istiqamətində tədbir görülür.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































