Bakıda iki ailənin yaşadığı bitişik evlərdə yanğın oldu

Bakıda iki ailənin yaşadığı bitişik evlərdə yanğın oldu

Hazırda oxunan: Bakıda iki ailənin yaşadığı bitişik evlərdə yanğın oldu

121315

Bakı şəhərinin Suraxanı rayonunda bir dam altında tikilən iki ailənin yaşadığı ümumi sahəsi 320 m² olan evlərdən sahəsi 120 m² olan (hər mərtəbəsi 60 m²) ikimərtəbəli evin 1-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 25 m² sahədə, 2-ci mərtəbəsində bir otağın, dəhlizin yanar konstruksiyaları 35 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya bildirilib ki, yüksək temperaturdan evin 2-ci mərtəbəsində 1 otağın lambirdən ibarət tavanı 16 m² sahədə əriyib və 1-ci mərtəbəsində mətbəx əşyaları qarsalanıb.

Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO