Qaxda bu kənd sakinlərinin problemləri nədir? - ÖZLƏRİ AÇIQLADI

Qaxda bu kənd sakinlərinin problemləri nədir? - ÖZLƏRİ AÇIQLADI

Hazırda oxunan: Qaxda bu kənd sakinlərinin problemləri nədir? - ÖZLƏRİ AÇIQLADI

121309

Qax rayon icra hakimiyyəti başçısının, eləcə də hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə Cəlayir kənd sakinlərinin müraciətləri dinlənilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaz-yay aylarında su itkilərinə yol verməmək üçün kənddə suvarma kanalının beton örtüklə üzlənməsini gündəmə gətirən sakinlər, həmçinin elektrik xətlərinin taramlaşdırılmasını, transformator yarımstansiyasının təmir olunmasını da diqqətdə saxlamağı xahiş edib. 

Kənd sakinlərinin başlıca qayğılarından biri də içməli su probleminin həlli istiqamətində işlərə başlaması ilə əlaqədar olan məsələdir ki, bununla bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Digər tərəfdən pay torpaq sahəsinin kəsir olan hissəsinin bələdiyyənin ehtiyat fonduna verilməsinə köməklik göstərilməsi də qaldrılan vacib məsələlər sırasında idi.  

Cəlayir kənd sakinlərinin müraciətləri dinlənilərək qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq təşkilatlara tapşırıqlar verilib, tədbirlərin görülməsi üçün layihələrin hazırlanması tapşırılıb. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO