Abşeronda böyük YANĞIN – VİDEO  

Abşeronda böyük YANĞIN – VİDEO  

Hazırda oxunan: Abşeronda böyük YANĞIN – VİDEO  

121178

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayon, Bakı-Sumqayıt şosesi, 129 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib. 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus tikilidə baş verdiyi və genişlənərək bitişik digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. 

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində ümumi sahəsi 700m2 olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 120m2 sahədə, içərisində olan bəzi əşyalar yanıb. 

Tikilinin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO