Bakıda xadimə işlədiyi evdən 39 min manat OĞURLADI - FOTO

Bakıda xadimə işlədiyi evdən 39 min manat OĞURLADI - FOTO

Hazırda oxunan: Bakıda xadimə işlədiyi evdən 39 min manat OĞURLADI - FOTO

121010

Bakıda xadimə işlədiyi evdən xeyli miqdarda pul oğurlayıb.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Xətai rayonunun N.Əliyev küçəsindəki mənzillərin birindən 38.750 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğun həmin mənzildə xadimə işləyən Ləman Cahangirova tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Araşdırmalarla xadimənin ötən il dekabrın 28-dən cari il fevralın 14-nə dək olan müddətdə həmin mənzildə ev sahiblərinə məxsus seyfdən, gizli saxlanc yerindən və əl çantasından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 38.750 manatı gizli yolla talaması müəyyən olunub.

Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.

L.Cahangirova şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO