Azərbaycanın sürücülük vəsiqəsi daha bir ölkədə tanınacaq – RƏSMİ 

Azərbaycanın sürücülük vəsiqəsi daha bir ölkədə tanınacaq – RƏSMİ 

Hazırda oxunan: Azərbaycanın sürücülük vəsiqəsi daha bir ölkədə tanınacaq – RƏSMİ 

120991

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

Bizim.Media xəbər verir ki, Anlaşma Memorandumu səs çoxluğu ilə təsdiq edilib. 

Qeyd edək ki, Azərbaycan və BƏƏ Daxili İşlər Nazirlikləri arasında Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da imzalanıb. 

Anlaşma Memorandumu hər iki dövlətə yaşamaq məqsədi olmadan səfər edən vətəndaşlarına verilmiş sürücülük vəsiqələrinin tanınmasını, eləcə də nəzəri və praktiki imtahanlardan azad etməklə sürücülük vəsiqələrinin dəyişdirilməsini nəzərdə tutur. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO