Həyat yoldaşını öldürməyə cəhd edən şəxs istintaqa cəlb olundu

Həyat yoldaşını öldürməyə cəhd edən şəxs istintaqa cəlb olundu

Hazırda oxunan: Həyat yoldaşını öldürməyə cəhd edən şəxs istintaqa cəlb olundu

120984

Oğuz rayon prokurorluğunda Nazim Rəhimov barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi qaldırılıb və araşdırma aparılır.

Bizim.Media-nın yerli bürosuna Oğuz rayon prokurorluğundan məlumat verilib.

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl rayon sakini, 61 yaşlı Nazim Rəhimov həyat yoldaşı, 58 yaşlı Sevinc Rəhimovanın baş nahiyəsinə xəsarət yetirərək onu öldürməyə cəhd edib.
Hadisədən sonra Nazim Rəhimov özünə müxtəlif dərəcəli bədən xəsarəti yetirib. Ər və arvad xəstəxanaya yerləşdirildikdən sonra faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda Sevinc Rəhimovanın müalicə və müayinəsi xəstəxanada davam etsə də Nazim Rəhimovun vəziyyəti kafidir və o istintaqa cəlb edilib.

Rayon prokurorluğunda faktla bağlı ibtidai istintaq aparılır. Araşdırmalar başa çatandan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO