Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi - Rəsmi sənədləri saxtalaşdırıb 

Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi - Rəsmi sənədləri saxtalaşdırıb 

Hazırda oxunan: Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi - Rəsmi sənədləri saxtalaşdırıb 

120658

Xəbər verildiyi kimi, Cəlilabad rayon Privolnoye bələdiyyəsinin sabiq sədri Qəmbər Məmmədovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Mənbə yazır ki, istintaqın gedişində Qəmbər Məmmədovun vəzifədə olduğu 2015-2022-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Qəmbər Məmmədova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO