Xaricdən qanunsuz gətirilən telefonlar qeydiyyata alınmayacaq

Xaricdən qanunsuz gətirilən telefonlar qeydiyyata alınmayacaq

Hazırda oxunan: Xaricdən qanunsuz gətirilən telefonlar qeydiyyata alınmayacaq
120555
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bugündən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı artıq Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında müvafiq bildirişlər göstərilir.

Azərbaycan Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli qərarına əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Lakin bugünədək müəyyən yayınma halları mövcud idi. Yuxarıda göstərilən tarixdən isə bəyan edilməyən və rüsumu ödənilməyən mobil cihazların ölkə daxilində İMEİ qeydiyyatı həyata keçirilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO