Vaqif Bayatlı Odər Rəşad Məcidə başsağlığı verdi...

Vaqif Bayatlı Odər Rəşad Məcidə başsağlığı verdi...

Hazırda oxunan: Vaqif Bayatlı Odər Rəşad Məcidə başsağlığı verdi...

120415
Bu günlərdə Azərbaycan çağdaş poeziyasının ən parlaq nümayəndələrindən olan Vaqif Bayatlı Odərin səhhəti barəsində yazılanlar mətbuatda və sosial şəbəkələrdə müzakirə edilirdi.xa0

Möhkəm beyindaxili təzyiq və beyin damarları ilə bağlı ciddi problemlə üzləşən şairin uzun müddətdir ki, evdən çıxmaması yazılanları daha da aktuallaşdırıdı.xa0
Moderator.az saytı şairin özü və həat yoldaşı Tamam Bayatlı ilə əlaqə saxlamağa çalışsa da bu baş tutmayıb. Lakin şairin yaxın dostu sosioloq Əhməd Qəşəmoğlunun Moderator.az-a verdiyi məlumata görə Vaqif Bayatlının barəsində yazılanlar doğru deyil. Şairin səhhətində əvvəlki problemlər olsa da heç bir ciddi pozuntudan söhbət gedə bilməz. Vaqif Bayatlı Odər bu gün də özünü çox yaxşı hiss edir.

Qeyd edək ki, xəbərin təsdiqi üçün Əhməd Qəşəmoğlu şair dostu ilə birbaşa özü əlaqə saxlayıb. Həmçinin Moderator.az saytının vasitəsilə atası bu günlərdə dünyasını dəyişən qələm dostları Rəşad Məcidə başsağlıqlarını çatdırıblar.

Elmin NURİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO