Azərbaycan sələfilərinin lideri Qamət Süleymanov mətbauta verdiyi açıqlama cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sələfi lider ateistləri heyvanla müqayisə edib. Cəmiyyətdə daha çox dinin və ilahi idealların inkarçısı kimi tanınan jurnalist Vüsal Məmmədov məsələ barədə Moderator.az - a açıqlama verib:
“Ateist kimdir? Ateist o adamdır ki, dünyanın dərk olunmasında dini-mifoloji yox, elmi təfəkkürü əsas götürür. Elmi təfəkkürün nə olduğunu anlamaq üçün "Popper meyarları" deyilən kriteriyalar var. Yəni, elmi fikir o fikirdir ki, onun yalan olduğunu sübut etmək ən azı nəzəri cəhətdən mümkün olsun. Qurtardı getdi, bundan başqa ateistin heç bir qorxulu cəhəti, buynuzu-quyruğu yoxdur. Hərçənd, elə Azərbaycanın özündə əsrlərlə şiələr elə düşünüblər ki, sünnilərin quyruğu var. Axtarsanız, hətta indi də elə düşünənlər qalıb. Maraqlıdır, bir dindarın fikrincə, quyruğu olan başqa dindardırsa, o halda ateist niyə heyvan sayılır?”x9d






































































































