İntihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.
Belə ki, 2007-ci il təvəllüdlü S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:40 / 10.02.2023
İntihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən EDİLDİ
Hazırda oxunan: İntihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən EDİLDİ
Hazırda oxunan: İntihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən EDİLDİ
119716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.