Bakıda 16 yaşlı yeniyetməni qətlə yetirən şəxslə bağlı rəsmi AÇIQLAMA

Bakıda 16 yaşlı yeniyetməni qətlə yetirən şəxslə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Bakıda 16 yaşlı yeniyetməni qətlə yetirən şəxslə bağlı rəsmi AÇIQLAMA

119116

8 fevral 2023-cü il tarixdə saat 2 radələrində 2007-ci təvəllüdlü Əliəkbər Mərəyevin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Bizim.Media-ya bildirilib ki, ilkin araşdırma zamanı Əliəkbər Mərəyevin adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2002-ci il təvəllüdlü otaq yoldaşı Rəşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Binəqədi rayon prokurorluğunda CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rəşad Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO