Şuşada BMT və ANAMA-nın təşkilatçılığı ilə beynəlxalq konfrans KEÇİRİLİR

Şuşada BMT və ANAMA-nın təşkilatçılığı ilə beynəlxalq konfrans KEÇİRİLİR

Hazırda oxunan: Şuşada BMT və ANAMA-nın təşkilatçılığı ilə beynəlxalq konfrans KEÇİRİLİR

118964

Şuşa şəhərində minatəmizləmə mövzusunda beynəlxalq konfrans başlayıb.

Bizim.Media xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilir.

Tədbir zamanı iştirakçılar minatəmizləmə sahəsində təcrübə mübadiləsi aparacaq, Azərbaycanda ilk qadın minatəmizləmə komandalarının yaradılması ilə gender inklüzivliyinin təşviq edilməsini, eləcə də QHT-lərin minatəmizləmə işinə potensial olaraq daha çox cəlb olunmasını müzakirə edəcəklər.
Bu layihənin strategiya və məlumatların idarə edilməsi sahələrində ANAMA-nın institusional potensialını gücləndirməyə və artırmağa imkan verəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO