Qiyamət nə vaxt baş verəcək: son hesablama

Qiyamət nə vaxt baş verəcək: son hesablama

Hazırda oxunan: Qiyamət nə vaxt baş verəcək: son hesablama

118541
Amerikalı alimlər dünyanın dağılma ehtimalına işarə vuran qiyamət saatını açıqlayıb. 1947-ci ildən bu yana tətbiq olunan simvolik saata əsasən, qiyamətin baş verməsi an məsələsidir.xa0
xa0
Axar.az xəbər verir ki, İkinci dünya müharibəsindən sonra Nüvə Elmləri Bülleteni qurumu dünyanın üzləşdiyi təhlükələrin ciddiliyini qiyamət saatı ilə nümayiş etdirməyə qərar verib. Qiyamətin baş vermə anı şərti olaraq gecə saat 12 göstərilir. Son hesablamalar əsasında bir qədər də dəqiqləşdirmə aparılıb, qiyamət gecə saat 12-yə 3 dəqiqə qaldığı anda baş verəcək. Yəni, bəşəriyyəti yox edəcək fəlakətin baş vermə ehtimalı insanlara 3 dəqiqə qədər yaxındır.xa0
xa0
Dünyanın sonunu yaxınlaşdıran səbəblər isə müxtəlifdir. Bəzi böhranların aradan qalxması qiyamət saatına müsbət təsir etsə də, regional gərginliklərin alovlanması, vətəndaş müharibələri sonun başlanğıcını yaratmağa kifayət edir.xa0
xa0
Bildirilir ki, xa0nüvə silahlarının artması və iqlim dəyişikliyi bəşəriyyət önündə ən ciddi problemlər olaraq qalır. İlk dəfə qiyamət saatı 23-53 göstərilirdi. Artıq insanların vaxt krediti də tükənmək üzrədir. Bu vaxtadək dünyanın dağılmasına ən yaxın olduğumuz zamanlara gəlincə, 1953-cü ildə Sovet İttifaqı ilə ABŞ arasındakı gərginlik fonunda qiyamət saatında fəlakətə 2 dəqiqə qalmışdı. Soyuq müharibənin xa0pik həddə çatdığı 1984-cü ildə isə fəlakətin cəmi 3 dəqiqə uzaqlığında idik. İndi də demək olar ki, eyni vəziyyətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO