
- A-
- A
- A+
Cəmiyyət
09:10 / 05.02.2023
Cəlilabadda yük maşını çörək daşıyan avtomobillə toqquşdu - 1 ölü, 1 yaralı var - FOTO
Hazırda oxunan: Cəlilabadda yük maşını çörək daşıyan avtomobillə toqquşdu - 1 ölü, 1 yaralı var - FOTO
118521
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın cənub bürosuna verilən məlumata görə, fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini Eynulla Əhmədovun idarə etdiyi "MAZ" markalı avtomobillə qarşıdan gələn "Ford" markalı avtomobil toqquşub.
Nəticədə "Ford" markalı avtomibilin sürücüsü İlkin Quliyev xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin Nizami Məmmədov isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.





Elşən Feyzullayev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































