Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.
Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları - 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:16 / 04.02.2023
İranla sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var - FOTO
Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var - FOTO
Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var - FOTO
118415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.