Sabahdan xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır 

Sabahdan xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır 

Hazırda oxunan: Sabahdan xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır 

117696

Sabahdan "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında qeyd edilib. 

Bildirilib ki, nazirliyin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşlarını bu il üzrə həyata keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir. 

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər. 

Proqrama müraciət 1 fevral - 1 aprel tarixlərini əhatə edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO