Bakıda mənzildən meyit tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyini məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Şirvanda daha bir qətl - Təfərrüatlar
Məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1934-cü il təvəllüdlü Sidnikova Raisa İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media