Xaçmazda YAP-ın rayon təşkilatında şəhid anaları ilə görüş oldu - FOTO 

Xaçmazda YAP-ın rayon təşkilatında şəhid anaları ilə görüş oldu - FOTO 

Hazırda oxunan: Xaçmazda YAP-ın rayon təşkilatında şəhid anaları ilə görüş oldu - FOTO 

117496

Bu gün YAP-ın Xaçmaz rayon təşkilatında şəhid anaları ilə görüş keçirilib.

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, görüşdə əvvəlcə milli lider Heydər Əliyevin,cəmi şəhidlərimizin və İranda şəhid olmuş həmyerlimiz Orxan Əsgərovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadasov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Vətən müharibəsindəki parlaq qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğundan danışıb.
Məhəmməd Balaqadasov çıxışında qeyd edib  ki," bu şərəfli döyüşlərdə misli görünməmiş qəhrəmanlıq nümayiş etdirərək Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin hər biri hər bir Azərbaycan vətəndaşı  üçün müqəddəslik simvoludur və onlar dövlət rəhbərliyinin   diqqət və qayğısı ilə əhatə olunublar.”

Görüşdə Xaçmaz İH-nin əməkdaşları, Vətən Müharibısi qaziləri  Vüqar Fərzəliyev, Taryel Didarov, şəhid anaları Nərgiz Veysova, Validə Hacıyeva, Validə Məmmədova, Lalə Əhmədova, Bibixanım Mirzəməmmədova və digərləri çıxış edərək onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.

Sonda YAP sıralarına daxil olmuş bir qrup şəhid anasına  partiya vəsiqəsi təqdim olunub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO