Təziyiqlərə məruz qalan jurnalist Prezidentə müraciət etdi

Təziyiqlərə məruz qalan jurnalist Prezidentə müraciət etdi

Hazırda oxunan: Təziyiqlərə məruz qalan jurnalist Prezidentə müraciət etdi

117452
“Gündəm Xəbər”x9din Qərb bölgəsi üzrə müxbiri Mehriban Əzizqızı, Gəncədə xoşagəlməz durumla üz-üzə qalıb. Haqsızlıqlara, təhdidlərə, təqiblərə artıq dözə bilməyən xanım jurnalist ölkə başçısına müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli Prezident!xa0

Yazdığım araşdırma məqalələrimə görə, bu gün Gəncədəki yüksək çinli məmurların təzyiqlərinə məruz qalmışam. Belə ki, hal-hazırda bir qrup məmur məni hədələməkdən çəkinmir və azad mediaya qarşı hörmətsizlik də nümayiş etdirirlər. Bu da onu söyləməyə əsas verir ki, "Gündəm xəbər" qəzetinin qərb bölgəsi üzrə bölgə müxbiri olaraq, mənə qarşı göstərilən təpkilər, birbaşa sifarişlər əsasında baş tutur. Bu da ona görə baş verir ki, hal-hazırda Gəncə şəhərində bəzi vəzifə sahibləri, ölkə başçısının media ilə bağlı tövsiyyələrinə məhəl belə qoymurlar.

Möhtərəm Prezident!xa0

Yazıb Sizdən xahiş edirəm ki, bir qədər vaxtınızı ayırıb məni qəbul edəsiniz. Çünki, Gəncə şəhərində bəzi vəzifə sahiblərinin mənə qarşı etdikləri haqsızlıqlara, təhdidlərə, təqiblərə artıq dözə bilmirəm. Bu gün ölkəmizin taleyüklü problemlərinin həddən-ziyadə çox olduğu bir zamanda, bəzi məmurların Sizin tövsiyyələrinizə məhəl qoymamaları, məni olduqca narahat edir. Biz həm Sizə, həm də ulu öndər Heydər Əliyevin ideyalarını daim müdafiə etmişik. Odur ki, yolunu azan, mənə qarşı haqsızlıq edən məmurlara qarşı mübarizədə, daha qətiyyətli addımlar atmağınızı istərdim."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO