
- A-
- A
- A+
Cənub bölgəsində İcbari Tibbi Sığorta üzrə qeydə alınan MÜRACİƏTLƏR
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad filialı 2021-ci ildən fəaliyyətdədir və proqram Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl inzibati ərazi vahidlərini əhatə edir”.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad rayonundakı filial rəhbəri İlqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, filial icbari tibbi sığortanın tətbiqinə dəstək göstərərək Agentliklə tibb müəssisələri arasında əlaqələndirməni həyata keçirir:
"Vətəndaşlardan daxil olan müraciətləri araşdıraraq, zəruri tədbirlər görür. Filial tərəfindən ümumilikdə 159 yazılı müraciət, 100-ə yaxın isə şifahi müraciət cavablandırılıb. Həmçinin, icbari tibbi sığorta sahəsində maarifləndirmə işlərinə də dəstək olaraq filial tərəfindən 5 inzibati ərazidə 746 nəfərin iştirakı ilə tədbirlər təşkil olunub”.
Alçina Amilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































