
- A-
- A
- A+
Cəmiyyət
10:35 / 25.01.2023
Paytaxt marketində kərə yağına dadanan oğru qadın - 10 günə 24 kq
Hazırda oxunan: Paytaxt marketində kərə yağına dadanan oğru qadın - 10 günə 24 kq
116532
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda supermarketdən yağ oğurlayan qadın tutulub.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən supermarketlərdən birində baş verib.
Kamera görüntülərinə əsasən, yanvarın 12-dən 22-dək olan müddətdə vitrindən 24 kiloqram kərə yağının oğurlanması üzə çıxıb və oğurluq edən qadın izlənilib.
Yanvarın 22-də həmin qadın yenidən marketdən 2 kiloqramlıq kərə yağını oğurlayıb apararkən saxlanılıb.
İlkin araşdırma zamanı həmin qadının Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü N.Abbasova olması müəyyən edilib. O, ərazi üzrə 26-cı Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































