Tovuzda maşın dirəyə çırpıldı, sürücü ağır xəsarət aldı

Tovuzda maşın dirəyə çırpıldı, sürücü ağır xəsarət aldı

Hazırda oxunan: Tovuzda maşın dirəyə çırpıldı, sürücü ağır xəsarət aldı

116283

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.  

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü, 1990-cı il təvəllüdlü Anar Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.  

Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO