Zaqatalada zəncirvari yol qəzası: Xəsarət alan var 

Zaqatalada zəncirvari yol qəzası: Xəsarət alan var 

Hazırda oxunan: Zaqatalada zəncirvari yol qəzası: Xəsarət alan var 
116133
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gecə saatlarında Zaqatala şəhərinin Heydər Əliyev prospektində zəncirvari qəza baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən,  qəza zamanı “VAZ-2121” (“Niva”), “Hyundai” və “BMW” markalı minik avtomobilləri toqquşub. 

Nəticədə  “Niva” idarəetmədən çıxaraq aşıb. Bu zaman sürücü  36 yaşlı Azad  Osmanov sükan arxasında sıxılmış vəziyyətdə qalıb. 

Hadisə yerinə  Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib və Azad Osmanov çıxarılaraq həkimlərə təhvil verilib.  

Daha sonra müxtəlif dərəcəli bədən xəsarət alan sürücü  Zaqatala rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO