Zaqatalada 15 otaqlı ev YANDI 

Zaqatalada 15 otaqlı ev YANDI 

Hazırda oxunan: Zaqatalada 15 otaqlı ev YANDI 

115979

Zaqatalada 15 otaqlı ev tamamilə yanıb. Hadisə rayonun ucqar Muğanlı kəndində qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın kənd sakini, 66 yaşlı İbrahim İbrahimova məxsus fərdi yaşayış evində baş verib.

Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 480 kv.m olan 15 otaqdan ibarət olan yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otaq və tavan hissəsi tamamilə yanıb. Evin birinci mərtəbəsində olan 6 otaq isə yararsız vəziyyətə düşüb.
Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla baglı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO