
- A-
- A
- A+
Cəmiyyət
16:18 / 21.01.2023
Şəkidə avtomobillər toqquşdu, biri çaya düşdü
Hazırda oxunan: Şəkidə avtomobillər toqquşdu, biri çaya düşdü
115972
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şəkidə avtomobillər toqquşub, onlardan biri çaya düşüb. Çaya düşən avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, 34 yaşlı Vüqar Məmmədovun idarə etdiyi "Wolskvagen Bora" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub. Qəzadan sonra idarəetmədən çıxan "Wolskvagen" Qurucana çayına düşüb.
Nəticədə sürücü Vüqar Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Şəki rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































