
- A-
- A
- A+
Ötən il Azərbaycanda daşınan sərnişinlərin sayı AÇIQLANDI
2022-ci ildə Azərbaycanda nəqliyyatçılar 1 milyard 621,2 milyon sərnişinə xidmət göstəriblər.
Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, sərnişinlərin 86,7 faizi avtomobil nəqliyyatı, 12,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 405,0 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə 25,5 faiz artım qeydə alınıb.
Sərnişinlərin 94,0 faizi avtobus, 6,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 25,0 faiz artıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda nəqliyyatçılar 1 milyard 214,2 milyon sərnişinə xidmət göstərimişdi. Sərnişinlərin 92,2 faizi avtomobil nəqliyyatı, 7,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































