QMİ sədri:

QMİ sədri: "İran böyük səhv edir, bu da bağışlanmazdır"

Hazırda oxunan: QMİ sədri: "İran böyük səhv edir, bu da bağışlanmazdır"

115775

"İran tarixdə və islam tarixində böyük səhv edir, bu da bağışlanmazdır".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.

"Biz İranı qardaş bilirdik və qardaşımızın belə addım atmasını istəmirdik", - o, vurğulayıb.

A.Paşazadə Tehranın İrəvanla qardaşlaşmasını səhv addım hesab edir:

"Biz onları qardaş tanıyırdıq. Amma sonradan gördük ki, bu qardaşın başqa qardaşı da varmış. Biz ögey qardaş imişik. Hesab edirəm ki, onlar öz səhvlərini başa düşəcək. Onlar tarixdə və islam tarixində böyük səhv edirlər ki, bu da bağışlanmazdır. Ümid edirəm ki, səhvlərini başa düşüb geri qayıdacaqlar".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO