Yerli məşhurlar Türkiyəyə başsağlığı verdi  -Foto

Yerli məşhurlar Türkiyəyə başsağlığı verdi -Foto

Hazırda oxunan: Yerli məşhurlar Türkiyəyə başsağlığı verdi -Foto

115732
Bu gün İstinbulun Sultanəhməd Meydanında terror hadisəsi baş verib. Məlumata görə, partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.xa0
Yaşanan terrora yerli məşhurlar sosial şəbəkədə xa0münasibət bildirərək Türkiyəyə başsağlığı veriblər:

Müğənni Rəqsanə İsmayılova: “Allah Türkiyəyə səbir versin. Yaşananlar dəhşətdir. Allah bunu edənin cəzasını versin. Allahdan qorxmayan kafirlər dəhşət yaşadır. Başımız sağ olsun”x9d.xa0

Rəqqasə Aytən: “Sultanəhməddə partlayış olub. Qardaş ölkənin başı sağ olsun”x9d.
xa0
Müğənni İlhamə Qasımova: “Türkiyə başın sağ olsun. Qardaşlarımız üçün dua edək”x9d.

Azəri qızı Günel Zeynalova: “İstanbul üçün dua edək”x9d

Prodüser Tolik: “Qardaş ölkə Türkiyə başın sağ olsun. xa0Sizin acınız bizim acımızdır. Allah ölkələrimizi terrordan, pis, ara qatan insanlardan qorusun. xa0Allah xa0dinc insanları yerindən oynadanlara lənət etsin. Allah ölənlərə rəhmət eləsin”x9d.xa0

Müğənni Nigar Camal: “Terrora nifrət edirik. Türkiyə üçün dua edək”x9d.

Rejissor Kənana M.M: “Acınız acımızdır. Başın sağ olsun, Türkiyə”x9d

Rəqqasə Oksana Rəsulova: “Ya rəbbim, özün kömək ol. Bu gün İstanbuldan iki bəd xəbər eşitdik. Allah ölənlərə rəhmət etsin, yaralananlara şəfa versin. Allah bu işdə əli olanların cəzasını versin. O an orada xa0hər birimiz ola bilərdik. Allah özün kömək ol”x9d.

Müğənni Xuraman Şuşalı: “Türkiyə, başın sağ olsun. xa0Allah səbir versin. Müsəlmanların düşmənlərinə Allah lənət eləsin. Türkiyə üçün dua edək”x9d. (musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO