Şəhidin adı məktəb sinfinə VERİLDİ - FOTO

Şəhidin adı məktəb sinfinə VERİLDİ - FOTO

Hazırda oxunan: Şəhidin adı məktəb sinfinə VERİLDİ - FOTO

115652

Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən M. Mehdiyev adına 280 saylı  tam orta məktəbin 10 c sinfinə Vətən müharibəsi şəhidinin adı verilib.

Məktəbin həmin sinfi bundan sonra I Qarabağ şəhidi Oktay Müslüm oğlu Şabanovun adını daşıyacaq.

Bu barədə Bizim.Media-ya həmin məktəbdən məlumat verilib. Ötən gün sinif müəllimi Fərqanə Qurbanovanın təşkilatçılığı ilə 10 c sinfində şəhid Oktay Müslüm oğlu Şabanov yad edilib və həmin sinfə şəhidin adı verilib.

Tədbirdə şəhidin doğmaları, məktəbin müəllim və valideyn kollektivi iştirak edib.

Xatırladaq ki, Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında "Təhsil Nazirliyinin Fəaliyyət Planı”na uyğun olaraq məktəbdə nümunəvi siniflərə şəhidlərin adları verilməkdə davam edir. 










Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO