Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Naxçıvan Muxtar Respublikası Prokurorluğu yayıb.
Araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:17 / 16.01.2023
Naxçıvanda daha bir qurumda yeyintilər aşkarlandı - RƏSMİ
Hazırda oxunan: Naxçıvanda daha bir qurumda yeyintilər aşkarlandı - RƏSMİ
Hazırda oxunan: Naxçıvanda daha bir qurumda yeyintilər aşkarlandı - RƏSMİ
114986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.