
- A-
- A
- A+
Xaçmazda güclü küləyin törətdiyi fəsadlar tam aradan qaldırılmayıb
Xaçmaz rayonunun 40 kəndində 6000 abonentə işığın verilməsi mümkün olmayıb.
“Azərişıq” ASC-nin qəza briqadaları səhərə qədər bərpa işləri ilə məşğul olublar. Rayonun 54 kəndində 11000 abonentə enerjinin verilməsi gecə saat 3-dən sonra bərpa olunub".
Bu açıqlamanı Xaçmaz İH başçısının 1-ci müavini, rayon FHK-nın sədri Anar Oruclu Bizim.Media-ya verib. Onun sözlərinə görə, enerjinin tam verilişini bərpa eləmək üçün işlər davam etdirilir.
Anar Oruclu güclü külək zamanı Xaçmaz şəhərində 8 ağacın aşdığını, 1 çoxmənzilli binanın dam örtüyünün uçduğunu deyib.
Məlumata görə, bir avtomaşının üzərinə ağac aşması nəticəsində 30 yaşlı bir sərnişin xəsarət alaraq rayon xəstəxanasına yerləşdirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































