Siyəzəndə dəm qazından vəfat edən POLİSLƏR DƏFN EDİLDİ - FOTO 

Siyəzəndə dəm qazından vəfat edən POLİSLƏR DƏFN EDİLDİ - FOTO 

Hazırda oxunan: Siyəzəndə dəm qazından vəfat edən POLİSLƏR DƏFN EDİLDİ - FOTO 

113880

Siyəzəndə dəm qazından dünyasını dəyişən polis əməkdaşları bu gün Sumqayıtda və Binəqədi rayonunda dəfn edilib. 

Bizim.Media-nın Şimal Bürosu xəbər verir ki, Siyəzən rayon polis şöbəsinin sahə polis rəisləri, 36 yaşlı Faiq İskəndərov və 35 yaşlı Elmir Əsgərovun meyiti Bakıda mərkəzi tibbi ekspertizadan sonra ailələrinə təhvil verilib və onlar son mənzilə yola salınıblar.  

Qeyd edək ki, polis leytenantları yanvarın 8-dən 9-a keçən gecə Siyəzən şəhərində kirayədə yaşadıqları evdə dəm qazından boğulub ölüblər.

Onlar bu gün səhər Siyəzən polis şöbəsində keçirilən sıra baxışına gəlmədikləri üçün onlara zəng olunub. Cavab vermədikləri təqdirdə hasardan keçməklə içəri daxil olan iş yoldaşları onları ölü vəziyyətdə görüb.  

Hadisəyə evdəki qaz peçinin borusunun külək nəticəsində üstünün açılması və təbii qazın içəri daxil olması nəticəsində baş verdiyi ehtimal edilir.  

Siyəzən rayon prokurorluğunda araşdırma gedir.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO