
- A-
- A
- A+
Naxçıvanda 17 yaşlı gənc həmyaşıdı tərəfindən ÖLDÜRÜLDÜ
Yanvarın 6-sı Naxcıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndi ərazisində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı zərərçəkmişin 2005-ci il təvəllüdlü həmkəndlisi Rəhman Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































