DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Hazırda oxunan: DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

113382

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Bizim.Media-ya bildirib ki, hidrometeoroloji proqnozlar bürosunun verdiyi məlumata əsasən, 8 yanvar tarixindən Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi nəzərdə tutulub:

“Meteroloji vəziyyəti nəzərə alıb sürücülərdən xahiş edirik ki, öncə nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirsinlər.

Avtomobilləri təkərlərin qış mövsümünə uyğunluğunu nəzərə almaqla, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə, təhlükəsiz şəraitdə ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər. Bir daha sürücülərdən hava şəraitinə uyğun olaraq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO