Topxana meşəsinin bərpasına başlanıldı – RƏSMİ 

Topxana meşəsinin bərpasına başlanıldı – RƏSMİ 

Hazırda oxunan: Topxana meşəsinin bərpasına başlanıldı – RƏSMİ 

113354

“1988-ci ildə ermənilər tərəfindən qırılan Topxana meşəsinin bərpasına başlanılıb”.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, artıq həmin ərazidə ötən il yeni ağacların əkilməsinə başlanılıb. Həmçinin, ərazidə ağac toxumları da səpilib:

"Bu proses davam edəcək və Topxana meşəsi bərpa ediləcək. İlkin olaraq həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkmişik. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları meşədə təhlil aparır. Təhlilin nəticəsindən asılı olaraq aidiyyəti qurumlara təkliflər göndəriləcək. Nazirlik əməkdaşları həmçinin, Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması prosesini həyata keçirilir. Azad olunan ərazilərdə əkilməsi üçün Türkiyədən 49 min ting gətirilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO