Şuşa, Kəlbəcər və Laçında qar yağacaq - XƏBƏRDARLIQ 

Şuşa, Kəlbəcər və Laçında qar yağacaq - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Şuşa, Kəlbəcər və Laçında qar yağacaq - XƏBƏRDARLIQ 

113325

Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. 

Şərq küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gündüz 2° şaxtdan 3°-dək isti olacaq. 

Yanvarın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.

Lakin gecəyə doğru arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2°-dək isti olacaq. 

Yanvarın 8-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-4° şaxta olacaq. Yanvarın 9-da arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° şaxta, gündüz 3-5° şaxta olacaq. 

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq da edilib. Belə ki, Şuşa, Kəlbəcər, Laçında yanvarın 7-dən 8-nə keçən gecədən başlayaraq yanvarın 12-dək hava şəraitinin dəyişəcəyi, arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Qərb küləyinin sürəti 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-7° şaxta olacaq. Yollar buz bağlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO