“ASAN radio”x9d100 FM test yayıma başladı

“ASAN radio”x9d100 FM test yayıma başladı

Hazırda oxunan: “ASAN radio”x9d100 FM test yayıma başladı

112979
Bu gündən “ASAN radio”x9d 100 MHz tezliyində test yayıma başlayıb. Radio Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

Bu barədə “ASAN xidmət”x9d dən Moderator.az-a bildirilib. 

“Radionun yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, daha geniş auditoriyaya çıxış əldə edərək düzgün məlumatlandırma və maarifləndirmə işini həyata keçirməkdir. Eyni zamanda dövlət strukturlarına etimadın gücləndirilməsi əsas məqsədlər sırasındadır. 

İlkin yayım zamanı radionun əsas fəaliyyət istiqamətlərinə dair dinləyicilərə qısa anonslar vasitəsilə məlumatlar veriləcək. Hazırda yayım əsasən Bakı və Abşeron yarımadasını əhatə edir. Ən qısa zamanda “ASAN radio”x9d ümumrespublika yayımını gerçəkləşdirəcək”x9d, - deyə məlumatda deyilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO