
- A-
- A
- A+
Cəmiyyət
15:09 / 03.01.2023
Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşdu - 6 nəfər xəsarət aldı
Hazırda oxunan: Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşdu - 6 nəfər xəsarət aldı
112927
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şəki şəhərində mikroavtobus qəzaya düşüb.
Bizim.Media-nın yerli bürosuna daxil məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin “Daş qaya” deyilən ərazisində baş verib.
Belə ki, hərəkətdə olan mikroavtobus öncə minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb.
Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































