Şəkidə iki ailənin yaşadığı binada yanğın oldu

Şəkidə iki ailənin yaşadığı binada yanğın oldu

Hazırda oxunan: Şəkidə iki ailənin yaşadığı binada yanğın oldu

112733

Şəki şəhərində iki ailənin yaşadığı ikimərtəbəli binada yanğın olub.

Bizim.Media xəbər verir ki, hadisə Mahmud Əliyev küçəsində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin ( FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində 1978-ci il təvəllüdlü Məhərrəmov Natiq Əhəd oğluna məxsus ümumi sahəsi 290 kvadratmetr (hər mərtəbəsi 145 kv.m.) olan ikimərtəbəli 5 otaqlı evin çardağının yanar konstruksiyaları 80 kvadratmetr, 1 otağının yanar kanstruksiyaları 22 kvadratmetr və bitişik 1958-ci il təvəllüdlü Məhərrəmov Kərim Məmmədsadıq oğluna məxsus ümumi sahəsi 336 kv.m (hər mərtəbəsi 168 kv.m) olan ikimərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları yanıb.

Yanğından hər iki evin qalan hissəsi mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO